"dillər və ədəbiyyatlar" üzrə axtarış nəticələri

04.03.2026“Ömrün harasındayıq” poeziya və musiqi gecəsiXəzər Universitetinin 35 illik yubiley tədbirləri  çərçivəsində  Dillər və ədəbiyyatlar,   Musiqi və incəsənət departamentlərinin birgə  təşkilatçılığı ilə 2026-cı il fevralın 25-də “Ömrün harasındayıq”adlı  poeziya və musiqi  gecəsi keçirilib. Tədbir  Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri   Prof. Akad. Hamlet İsaxanlının bədii  yaradıcılığına həsr olunub. Gecənin aparıcısı Dillər və ədəbiyyatlar departamentinin müəllimi  Dr.  Aygül  Qurbanova ilk sözü  Xəzər Universitetinin rektoru Dr. Raziyə  İsayevaya veri...

23.02.2026Beynəlxalq Ana Dili Gününə həsr olunmuş bədii-musiqili tədbirXəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 2026-cı il fevralın 20-də Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dillər qovuşanda” adlı bədii-musiqili tədbir keçirilib. Tədbir fərqli dillərin və mədəniyyətlərin söz və sənət vasitəsilə bir araya gəldiyi ortaq düşüncə mühitini nümayiş etdirmək, ana dilinin qorunmasının və inkişafının əhəmiyyətini bir daha diqqətə çatdırmaq məqsədilə yerli və əcnəbi tələbələrin iştirakı ilə təşkil olunub. Tədbiri Azərbaycan filologiyası ixtisasının Çinin  Pekin Xarici Dillər Unive...

20.02.2026Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminarXəzər Universitetinin 35 illik yubileyi çərçivəsində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 2026-cı il  fevralın 18-də  Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin funksionallığı: müasir yanaşmalar” mövzusunda elmi seminar keçirilib. Seminar  müzakirə formatında təşkil olunub. Tədbirin moderatoru, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ana dilinin milli kimliyin və mədəni yaddaşın əsas dayağı kimi rolundan bəhs edib. O, tədbirin Xəzər Uni...

16.02.2026Gəncədə  Prof.Akad. Hamlet İsaxanlının kitablarının imza günüBakı, Azərbaycan – 2026-cı il fevralın 13-də Gəncə şəhərindəki “Bookzone” Kitab Evində Xəzər Universitetinin qurucusu, fizika-riyaziyyat elmləri doktoru, ictimai xadim Prof.Akad Hamlet İsaxanlının “Bu da bir həyatdır” kitabının təqdimatı və imza günü keçirildi. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Xalq artisti Şahnaz Haşımova, yazıçı Nüşabə Məmmədli, Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva, “Dünya” Məktəbi MMC-nin direktoru, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının üzvü Aygün Gardiner, Kitabxana - İnform...

12.02.2026Dillər və ədəbiyyatlar departamentinin müəllimi beynəlxalq dəyirmi masada2026-cı il fevralın 11-də Beynəlxalq Qazax Dili Akademiyasının təşkilatçılığı ilə “Türk dövlətlərində dövlət dilinin tədrisi məsələsi” adlı onlayn dəyirmi masa keçirilib. Xəzər MAFİ-nin koordinatoru, Dillər və ədəbiyyatlar departamentinin müəllimi, Dos. Aynur Qəzənfərqızı dəyirmi masada “Azərbaycan dilinin məktəblərdə tədrisində folklor mətnlərinin rolu” mövzusunda məruzə etmişdir. Məruzəçi əvvəlcə Azərbaycan dilinin tədrisinin tarixi inkişaf mərhələləri haqqında qısa məlumat vermiş, Azərbaycan dilinin tədrisinin ilkin əsaslarının XVI əsrdə Səf...

11.02.2026Doktorant Günay Yediyarlının dissertasiya işinin ilkin müzakirəsi2025-ci il fevralın 6-da Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin doktorantı Günay Yaşar qızı Yediyarlının filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Çağdaş nəsrdə qaçqınlıq konseptinin bədii, sosial-psixoloji aspektləri və təzahür formaları"(elmi rəhbər: dos. Dilbər Zeynalova) mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İlkin müzakirədə Dillər və ədəbiyyatlar departamentinin professor-müəllim heyəti, doktorant və dissertantlar, müvafiq ixtisas üzrə mütəxəssislər və Təbiət e...

11.02.2026Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin nümayəndə heyəti “Xəzər”də2026-cı il fevralın 6-da Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin Beynəlxalq əməkdaşlıq, tədqiqat və innovasiya üzrə prorektoru prof. Marufjon Yuldaşev, Dillər və ibtidai təhsil fakültəsinin dekanı Dos. Zubeyda Şarapova, Pedaqoqika kafedrasının dosenti Abdujalilova Şoira elmi məzuniyyət çərçivəsində   Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova ilə görüşüblər. Sonra görüş geniş tərkibdə departamentin əməkdaşlarının iştirakı ilə müzakirə formatında davam edib.  Müzakirələrdə universitetlər ar...

09.02.2026Çinli tələbələr “Arşın mal alan” tamaşasındaXəzər Universitetində təhsil alan çinli tələbələr Dillər və ədəbiyyatlar departametinin müəllimi Mənsurə Əhmədovanın müşayiəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti əsasında 2026-cı il yanvarın 30-da   Dövlət Akademik Musiqili Dram Teatrının səhnəsində “Arşın mal alan” tamaşasına baxıblar. Azərbaycan filologiyası ixtisası üzrə təhsil alan, Pekin Xarici Dillər Universitetindən mübadilə proqramı çərçivəsində ölkəmizə gəlmiş 3-cü kurs tələbələri bu mədəni tədbir vasitəsilə Azərbaycan dili və mədəniyyətini daha yaxından tanımaq ...

09.02.2026Dillər və ədəbiyyatlar departamentinin əməkdaşları Bakı Dövlət Universitetində keçirilmiş tədbirdə iştirak ediblərDillər və ədəbiyyatlar departamentinin əməkdaşları fil.ü.f.d. Nərgiz Kərimova və Fərqanə Ələsgərli 04.02.2026 cı il saat 15:30-da Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu tərəfindən təşkil olunan “At ili ilə bahara doğru. Çin–Azərbaycan birliyi” adlı tədbirdə iştirak ediblər. Tədbir çinlilərin uğur, bərəkət və güc rəmzi sayılan Loong, yəni ənənəvi qırmızı əjdaha rəqsi ilə açıq elan olunub. Tədbir çərçivəsində Konfutsi İnstitutunun şagirdləri, tələbələri və müəllimləri müxtəlif rəqs və ifalarla çıxış ediblər. Sonda iştirakçılar üçün ...

02.02.2026Elmi Şuranın növbəti iclası2026-cı il  yanvarın 29-da Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirildi. İclasa universitetin rektoru, Dr. Raziyə İsayeva sədrlik etdi və gündəlikdə duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. Sədr Xəzər Universitetində yeni vəzifə təyinatının həyata keçirildiyini bildirdi. Kimya və kimya mühəndisliyi departamentinin koordinatoru vəzifəsinə təyin olunmuş Tahir Cavadzadə tutduğu vəzifəyə uyğun olaraq, Elmi Şuranın üzvlüyünə daxil edildi. Növbəti məsələ Prof. Bədirxan Balaca oğlu Əhmədovun “XX əsr Azərbaycan ədəbiyyatı...

26.01.2026AMEA Folklor İnstitutunda tələbələrin elmi-tədqiqat təcrübəsiXəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin Filologiya ixtisası üzrə IV kurs tələbələrinin AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi başa çatıb. Təcrübə çərçivəsində tələbələr oktyabr-dekabr ayları ərzində institutun fəaliyyətini yaxından öyrənib, folklorşünaslıq sahəsində aparılan elmi tədqiqatlar, nəşrlər və aktual problemlər haqqında məlumat əldə ediblər. Onlar, həmçinin, bir sıra elmi tədbirlərdə, o cümlədən I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda, “Qərbi Azərbaycan folkloru: pr...

20.01.2026Xəzər Universitetinin müəllimi İctimai Radioda yayımlanan “Can, Azərbaycan!” verilişinin qonağı olubXəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Pərvin Eyvazov İctimai Radioda tanınmış aparıcı Pərvanə Nadirqızının təqdimatı ilə yayımlanan “Can, Azərbaycan!” verilişinin qonağı olub. Verilişin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş növbəti buraxılışında Prezident cənab İlham Əliyevin bu mötəbər elmi-mədəni hadisənin yubileyləri ilə əlaqədar imzaladığı sərəncamların tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, qurultay çərçivəsində müzakirə olunan əlifba, im...

20.01.2026Dillər və ədəbiyyatlar departamentinin əməkdaşının məqaləsi İstanbul Universitetinin “Türk dili və ədəbiyyatı” jurnalındaDillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə elmlər doktoru, dosent Elmira Məmmədova-Kekeçin “Aleksandr Mardkoviçin “Hacı Baba” poemasının mədəni antropologiya kontekstində təhlili” adlı məqaləsi Web of Science-də indeksləşən “Türk dili və ədəbiyyatı” jurnalında (cild 65, say 3, 2025) dərc olunub. Məqalədə karay türklərinin ədəbiyyat və mədəniyyət tarixi araşdırılır, poemasının qəhrəmanı Avraham Firkoviçin karayların ilk antropoloq və arxeoloqu kimi fəaliyyəti, topladığı əlyazmalar və milli kimlik məsələsi, həmçinin Aleksand...

30.12.2025Azərbaycan ədəbiyyatı dərsləri çərçivəsində elmi-yaradıcı təqdimatlar  Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Gülşanə Xudiyeva tərəfindən Təbiət elmləri və mühəndislik fakültəsinin tələbələri üçün tədris olunan Azərbaycan ədəbiyyatı fənni çərçivəsində 2025-ci ilin noyabr və dekabr aylarında silsilə elmi-yaradıcı təqdimatlar təşkil olunub. Təqdimatların əsas mövzuları M.F. Axundzadə, C. Məmmədquluzadə, H. Cavid, C. Cabbarlı, Ə. Cavad, M.Ə Rəsulzadə, M. Müşfiq, S.Vurğun və Anarın yaradıcılığına həsr olunub. Təqdimatlar zamanı tələbələr sərbəst elmi tədq...

26.12.2025Xəzər Universitetinin əməkdaşları Hüseyn Əfəndi Qayıbzadəyə həsr olunmuş respublika elmi konfransında2025-ci il dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında keçirilən “Hüseyn Əfəndi Qayıbzadə irsi – ənənə və maarifçilik kontekstində” mövzusunda respublika elmi konfransında Xəzər Universiteti tərəfdaş və fəal iştirakçı qismində təmsil olunub. XIX əsr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Hüseyn Əfəndi Qayıbzadənin zəngin elmi-pedaqoji irsinin yenidən dəyərləndirilməsinə həsr olunmuş konfransın əsas məqsədi onun milli təhsil sisteminin formalaşmasındakı rolunu, maarifçilik ideyalarının müasir elmi ya...

22.12.2025Xarici tələbələr “İblis” tamaşasındaXəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova və departamentin bir qrup əməkdaşı Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan xarici tələbələrlə birlikdə 2025-ci il dekabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “İblis” faciəsinin tamaşasına baxıblar. Tədbirin əsas məqsədi xarici tələbələrin Azərbaycan ədəbiyyatı və teatr sənəti ilə daha yaxından tanış olmalarına, eləcə də klassik dramaturgiyanın fəlsəfi və ideya yükünü dərindən dərk etmələrinə şərait yaratmaq o...

19.12.2025Xəzər Universiteti 4-cü Uluslararası Ad Bilimi Bilgi Şölənində  Dilçilik və onomastika sahəsində nüfuzlu beynəlxalq tədbirlərdən olan “4-cü Uluslararası Ad Bilimi Bilgi Şöləni” 2025-ci il dekabrın 16-17-də Türk Dil Kurumu (TDK) tərəfindən Ankarada keçirilib. Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Bilkənd ərazisində təşkil olunan tədbirə müxtəlif ölkələrdən alim və mütəxəssislər qatıldı. Açılış mərasimi “2025-ci il Türk dilinə xidmət mükafatları”nın təqdimatı ilə birgə baş tutub və yüksək səviyyəli rəsmi şəxslər, akademiklər və diplomatik nümayəndələr iştirak ediblər. Şölənin əsas məqsədi ad bilimi sa...

16.12.2025“Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” mövzusunda elmi seminarXəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentində 2025-ci il dekabrın 12-də Çin dili müəllimi f.ü.f.d. Nərgiz Kərimovanın təqdimatında “Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” mövzusunda elmi seminar təşkil olunub. Tədbirdə universitetin rektoru, professor-müəllim heyəti, tədqiqatçılar və tələbələr iştirak ediblər. Nərgiz Kərimova çıxışında arxetiplər nəzəriyyəsinin əsas məqamlarına toxunaraq, Çin  mənşəli arxetip və obrazların Azərbaycan ədəbiyyatındakı təzahür formalarını və qarşılıqlı əlaqə mexanizmlərini geniş ş...

02.12.2025Hacı Bektaş Veli Universitetinin professoru Bayram Durbilmez ilə görüşXəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti və Bakı Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə 2025-ci il noyabrın 28-də Türkiyənin Nevşehir Hacı Bektaş Veli Universitetinin professoru, tanınmış alim və şair Prof. Dr. Bayram Durbilmez`lə görüş keçirilib. Tədbir türk xalqlarının ortaq mədəni və ədəbi dəyərlərinin tələbələr arasında təbliğini gücləndirmək məqsədi daşıyıb. Görüşü departament müdiri Dos. Dilbər Zeynalova açaraq, universitetdə türkoloji istiqamətin inkişafı və tələbələrin türk dünyasının mədəni irsi ilə yaxından ...

28.11.2025Korpus dilçiliyi və süni intellekt mövzusunda elmi seminar2025-ci il noyabrın 25-də Xəzər Universitetində “Korpus dilçiliyi süni intellekt problemləri kontekstində” mövzusuna həsr olunmuş elmi seminar keçirilib. Tədbir Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı, Dr.. Milana Abbasova tədbiri açaraq, çıxışında bu sahənin aktuallığını vurğulayıb, korpus dilçiliyinin həm elmi, həm tətbiqi baxımdan Azərbaycan dilçiliyinə yeni istiqamətlər açdığını qeyd edib. Xəzər Universitetinin təsisçisi, Direktorlar və qəyyumlar şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı universitetdə müasir dil texnologiyal...

25.11.2025Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı beynəlxalq elmi konfransda Çin Xalq Respublikasının Pekin şəhərində Çin İctimai Elmlər Akademiyası Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya tədqiqatları İnstitutunun təşkilatçılığı ilə 2025-ci il  noyabrın 18-19-da  "Bir kəmər, bir yol, yüksək keyfiyyətli inkişaf: konsepsiyalar və fəaliyyətlər" adlı Beynəlxalq elmi konfrans keçirilib.   Konfransa 15-dən çox Avropa və Asiya ölkələrindən  60 tədqiqatçı dəvət olunub.  Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin Çin dili müəllimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan - Asiya ədəbi əlaqəl...

17.11.2025“Xəzər”in əməkdaşları Qauhati Universitetində keçirilmiş beynəlxalq konfransdaXəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) koordinatoru Dr. Fəridə Seyidova və Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova Hindistanın Qauhati Universiteti tərəfindən ənənəvi olaraq sufi araşdırmaları mövzusunda təşkil edilən “Sufizm və dinlərarası dialoq” adlı beynəlxalq konfransda iştirak  ediblər. Beynəlxalq konfrans 2025-ci il noyabrın 9-12-də adı çəkilən universitetin Fars dili və  ədəbiyyatı departamentinin təşkilatçılığı ilə keçirilib. elmi tədbir üç gün davam edib və müxtəlif s...

17.11.2025Xəzər Universitetinin dilçi alimləri “AZLİNQ 2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfransdaNeftçala rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi və “Regional İnkişaf” İctimai Birliyinin təşikatçılığı, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərovanın təşəbbüsü ilə 2025-ci il noyabrın 15-də “AZLİNQ 2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda Xəzər Universitetinin re...

17.11.2025Prof.Akad. Hamlet İsaxanlı Ardahan Universitetinin məzunu, azərbaycanlı şəhid Mustafa Kərimovun adını əbədiləşdirən konfrans salonunun açılışında2025-ci il noyabrın 7-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı Türkiyənin Ardahan Universitetinin məzunu, azərbaycanlı şəhid Mustafa Kərimovun adını əbədiləşdirən konfrans salonunun açılışında iştirak etdi. Açılış mərasimində Azərbaycanın Karsdakı baş konsulu Zamin Əliyev, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dos.Dr. Nəcibə Nəsibova, Ardahan Universitetinin rektoru Prof. Öztürk Emiroğlu, Ardahan Vali vəkili Mehmet Sert, universitetin professor-müəllim və inzibati he...

17.11.2025Dillər və ədəbiyyatlar departamentinin müəllimi “AMEA-nın Döş Nişanı” ilə təltif edilibAzərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında elm sahəsində xüsusi xidmətləri olan bir sıra alimlər mükafatlandırılıb. Mükafat alanlar arasında Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev də yer alıb. Dos. Hikmət Quliyev AMEA-nın 80 illik yubileyi münasibətilə təsis edilmiş “AMEA-nın Döş Nişanı” ilə təltif olunub. Xəzər Universiteti kollektivi dəyərli həmkarımızı bu  mükafat münasibətilə təbrik edir, ona el...

12.11.2025Dillər və ədəbiyyatlar departamentinin müəllimi beynəlxalq konfransda çıxış edib  2025-ci il noyabrın 9-da Ankara şəhərində “EDEA 2025: Ədəbiyyat, Dil və Təhsil Araşdırmaları” adlı II Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Yeqzar Cəfərli konfransda ingilis dilində onlayn məruzə ilə çıxış etmiş və bununla bağlı iştirak sertifikatı ilə təltif olunmuşdur....

31.10.2025ADPU Quba filialında Prof.Akad. Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı2025-ci il oktyabrın 29-da ADPU Quba filialında Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təçkilatçılığı ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri ProfAkad. Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə Xəzər Universitetinin və ADPU Quba filialının rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, qonaqlar iştirak ediblər.  Təqdimat mərasiminin moderatoru ADPU Quba filalının Ədəbiyyat və dillər kafedrasının müdiri Dos. Gülşən Ağabəyin giriş sözün...

20.10.2025Karsda II “Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı Beynəlxalq Simpozium keçirildi2025-ci il oktyabrın 17-də Türkiyənin Kars şəhərində II “Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı  Beynəlxalq Simpozium keçirilib. Tədbir Kafkas Universiteti Müasir türk dilləri və ədəbiyyatları departamenti və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Nar, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı  ilə həy...

10.10.2025Xəzər Universitetinin əməkdaşları Daşkənddə keçirilən  III Beynəlxalq Simpoziumda2025-ci il oktyabrın 6-8-də  Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Daşkənd İqtisadiyyat və Pedaqogika Universiteti, Türkiyənin Ege Universiteti və İzmir şəhərindəki Azərbaycan Fondunun birgə təşkilatçılığı ilə Daşkənd şəhərində “Türk Dünyasının Yeniləşmə Prosesləri: Türk Dünyasında Cədidçilik” mövzusunda III Beynəlxalq Simpozium keçirilmişdir. Tədbirdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Şimali Kipr Türk Respublikası və digər ölkələrin universitetlərindən ...

08.10.2025Dillər və ədəbiyyatlar departamentinin dosenti, Xəzər MAFİ-nin koordinatoru Qazaxıstanda elmi səfərdəDillər və Ədəbiyyatlar departamentinin dosenti, Xəzər Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru Aynur Qəzənfərqızı 2025-ci il sentyabrın 18-26-da Qazaxıstanın Aktöbə şəhərində keçirilən “Turanın Ön­gör­ücüsü, Yüzilin Bilgəsi Mönke Biy” adlı beynəlxalq simpoziumda iştirak edib. Tədbirdə Aynur Qəzənfərqızı “Türk kültüründe şaman-ozan ilişkisi ve geleceği öngörme motifi Mönke Biy örneğinde” mövzusunda məruzə edərək, türk dünyasının bədii-folklor irsindəki ortaq xətləri, mifoloji düşüncənin müxtəlif təzahürlərini və mədəni pa...